XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Turan Bayramov Paris Olimpiadasına lisenziya qazandı
İdman 19:32 / 07.04.2024

Sərbəst güləşçimiz Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurla çıxış edərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

74 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız yarımfinalda İtaliya təmsilçisi Frank Çamizonu məğlub edib. Görüş 8:8 hesabı ilə yekunlaşsa da xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub.

Güləşçimiz daha əvvəl təsnifat mərhələsində Tobias Portmannı (İsveçrə), 1/4 finalda isə Zurab Karpayevi (Rumıniya) məğlub edib.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) də Paris Olimpiadasına lisenziya qazanıb.


1373 oxunub

InvestAZ