XƏBƏR LENTİ
21 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024



Azərbaycan və Gürcüstan qolf idman növü üzrə əməkdaşlığa başlayır
İdman 10:40 / 07.04.2024

Azərbaycan və Gürcüstan Qolf federasiyaları arasında anlaşma memorandumu imzalanıb.

Azərbaycan Qolf Federasiyasından verilən məlumata görə, imzalama mərasimi hər iki federasiya prezidentinin iştirakı ilə keçirilib. Qolf sahəsində əməkdaşlığın və irəliləyişin təşviqinə yönəlmiş memorandumun əsas məqsədi idmanın müxtəlif istiqamətləri üzrə təcrübə və bilik mübadiləsini asanlaşdırmaqdır.

Əməkdaşlığın perspektivləri ilə bağlı danışan Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov bu memorandumun ölkəmizdə qolf idman növünü inkişaf etdirmək üçün irəliyə doğru atılmış mühüm addım olduğunu söyləyib.

Gürcüstan Qolf Federasiyasının prezidenti Zaza Mikadze qarşılıqlı hörmət ruhunu inkişaf etdirərək, regionda bu idmanın standartlarını yüksəltməyi qarşıya məqsəd qoyduqlarını vurğulayıb.

Qeyd edək ki, imzalanma mərasimində Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov, baş katib Leyla Abbasova, Gürcüstan Qolf Federasiyasının vitse-prezidenti Andro Şilakadze və baş katibi Mişa Dzadzamia da iştirak ediblər.


5045 oxunub

InvestAZ