XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa Olimpiya Təsnifat turniri: daha bir sərbəst güləşçimiz yarımfinalda
İdman 15:01 / 07.04.2024

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Yarışda 86 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Osman Nurmaqomedov 1/4 final görüşünə çıxıb. Təmsilçimizin rəqibi bolqarıstanlı Maqomed Ramazanov olub. Rəqibinə 6:2 hesabı ilə qalib gələn O.Nurmaqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya şansını davam etdirib. O, lisenziya uğrunda görüşdə Ukrayna güləşçisi Vasili Mixaylovla qarşılaşacaq.

Qeyd edək ki, pəhləvanlarımızdan daha əvvəl Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Georgi Meşvildişvili (125 kq) də yarımfinala vəsiqə qazanıb.


1284 oxunub

InvestAZ