XƏBƏR LENTİ
01 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Basketbol Liqası: "Gəncə" səfərdən qələbə ilə qayıdır
İdman 20:56 / 06.04.2024

Bu gün Azərbaycan Basketbol Liqasında XVI turun növbəti oyunu keçirilib. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, günün yeganə matçında "Cəlilabad” və "Gəncə” komandaları üz-üzə gəliblər. Görüş qonaqların 103:91 hesablı qələbəsi ilə yekunlaşıb.

Cənub təmsilçisi bu məğlubiyyətlə pley-off şanslarını azaldıb.

Bu nəticədən sonra "Cəlilabad” 21 xalla 8-ci, xallarını 20-yə çatdıran "Gəncə” isə doqquzuncu pillədə qərarlaşıb.

Turun digər oyunlarında "Xırdalan” "Sərhədçi”yə 112:105, "Sabah” "Şəki”yə 93:80, "Sumqayıt” isə "Xəzri”yə 84:77 hesabı ilə qalib gəlib.

Tura aprelin 7-də keçiriləcək "NTD-İndiqo” – "Neftçi” matçı ilə yekun vurulacaq.


1160 oxunub

InvestAZ