XƏBƏR LENTİ
01 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



«Meydanda köməyə ehtiyacım var»
İdman 18:53 / 06.04.2024

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Madrid "Real»ından ayrıldıqdan sonra niyə eniş yaşadığını açıqlayıb. "Mən «Real»da oynadığımdan daha pis oynayıram? Səbəb odur ki, burada oyun başqadır, tərəf müqabillərim fərqlidir. Meydanda köməyə ehtiyacım var. Tək başıma matçlarda qalib gələ bilmirəm. Başqa oyunçulara ehtiyacım var. Burada hər şey fərqlidir, Səudiyyə Ərəbistanında ilk mövsümümdür. Ümid edirəm ki, bunu layqinclə başa vura biləcəyəm”, - Madrid Zone Benzemadan sitat gətirib.

Xatırladaq ki, ötən ilin yayında fransalı azad agent kimi Səudiyyə Ərəbistanına köçüb. 36 yaşlı Benzemanın aktivində 9 qol və 7 məhsuldar ötürmə var.



1277 oxunub

InvestAZ