XƏBƏR LENTİ
01 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Boks Olimpiya Oyunlarının proqramından silinməli deyil”
İdman 22:33 / 06.04.2024

2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına boksun daxil edilməməsi bir sıra idmançıların etirazına səbəb olub. Onların arasında Tokio-2020 Yay Olimpiya Oyunlarınınqızıl medalçısı amerikalı Lauren Prays da var. Prays öz vətənində təşkil ediləcək olimpiadada boksun oyunların proqramına salınmaması barədə fikirlərini bildirib. "Boks Olimpiya Oyunlarının proqramından silinməli deyil. Boks olmasa fəlakət baş verəcək. Neçə-neçə gənc idmançının arzuları puç olacaq. Olimpiya oyunları idmanın zirvəsidir. Boksun Oyunların proqramında qalması çox vacibdir. Olimpiadadan yüksək yarış yoxdur. IBA titulları uğrunda mübarizə və ya olimpiada arasında seçimim olarsa, mən ikincisini seçərdim”, - Sky Sports Praysın sözlərindən sitat gətirib.



956 oxunub

InvestAZ