XƏBƏR LENTİ
01 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Mariya Stadnik Avropa Olimpiya Təsnifat turnirinə uğurla başladı
İdman 12:49 / 06.04.2024
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə uğurla başlayıb. 
50 kq çəki dərəcəsində qüvvəsini sınayan dördqat Olimpiya mükafatçımız mübarizəyə 1/4 final mərhələsindən başlayıb. 
İdmançımızın ilk rəqibi litvalı Qabija Dilit olub. Rəqibinə 10:0 hesabı ilə qalib gələn Mariya Stadnik yarımfinala vəsiqə qazanıb. 
M.Stadnik finala yüksələcəyi halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. 
Xatırladaq ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.
Turnirə aprelin 7-də sərbəst güləşçilərin yarışı ilə yekun vurulacaq. 

1736 oxunub

InvestAZ