XƏBƏR LENTİ
01 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Stolüstü tennis üzrə ölkə çempionatına start verilib
İdman 17:20 / 05.04.2024
Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Şüa” idman kompleksində keçirilən yarışa respublikanın müxtəlif  şəhər və rayonlarını təmsil edən idmançılar qatılıblar. Stolüstü tennisçilər 4 gün davam edəcək çempionatda komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar. Çempionatın ilk günündə komanda yarışlarının qalibləri müəyyənləşib. Kişilərin mübarizəsi "Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. "Bakı-3” ikinci, "Bakı-2” və "Şabran” komandaları üçüncü yeri tutub.
Qadınların yarışında "Sumqayıt-1” qələbə qazanıb. "Bakı-1” ikinci, "Bakı-2” ilə "Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb. 
Qeyd edək ki, ölkə çempionatında fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.

1009 oxunub

InvestAZ