XƏBƏR LENTİ
01 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Millimiz Taylandda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutdu
İdman 16:01 / 05.04.2024

Aprelin 5-də Taylandın Muanq Patum Tani şəhərində 3x3 basketbol üzrə beynəlxalq turnirin həlledici mərhələsi keçirilib. 
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024-ün  təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə, 3x3 qadın millimiz "B" qrupundan çıxaraq, turnirin 1/4 final mərhələsinə yüksəlib. Millimiz bu mərhələdə "Sriracha Eagle"(Tayland) klubuna 21:11 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb. Komandamız yarımfinalda Polşanın "Lotto" klubu üzərində 17:16 hesabılı qələbə qazanıb. Finalda güclü "Zoos" (Almaniya) klubuna qarşı gərgin oyunun yekununda 17:15 hesabı ilə məğlub olan 3x3 qadın millimiz beynəlxalq turniri ikinci sırada tamamlayıb


1093 oxunub

InvestAZ