İngiltərənin "MançesterYunayted" klubu yaydaheyətinigücləndirməyiplanlaşdırır. Goal portalının Portuqaliyaklubuna istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar"ın hədəfi "Benfika"nın yarımmüdafiəçisi Joao Neveşdir. "Mançester Yunayted” "Benfika"nın yarımmüdafiəçisi Joao Neveşi izləmək üçün dəfələrlə skautlar göndərib.
"Goal" portalının məlumatına görə İngiltərə təmsilçisi mərkəzi Neveş və Fernandesdən ibarət cütlüyə həvaləetmək niyyətindədir."Mançester Yunayted" Neveşi transfer etmək üçün yeni transfer rekordu vurmağa hazırdır. Sonuncu dəfə onlar ən çox məbləği Pol Poqba üçün ödəmişdilər - 105 milyon. Qeyd edək ki, 2023/2024 mövsümündə Neveş 46 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.