XƏBƏR LENTİ
11 May 2024
10 May 2024
09 May 2024



Modriçin gedəcəyi klub müəyyənləşdi
İdman 21:19 / 31.03.2024

Madrid "Real”ının yarımmüdafiəçi Luka Modriç cari mövsümün sonunda klubu tərk edəcək. Bu barədə "Todofichajes” məlumat yayıb. Qeyd olunur ki, 38 yaşlı xorvatiyalı yarımmüdafiəçi praktiki olaraq Amerikanın "İnter Mayami” klubuna keçməyə razılaşıb.Modriç yayda komandaya qoşula bilər.

Xatırladaq ki, Luka 2012-ci ilin avqustundan "Kral klubu”nun rənglərini qoruyur. Tərəflər arasında mövcud müqavilə iyunun sonunda başa çatacaq. Futbolçunun transfer dəyəri səkkiz milyon avrodur.


1841 oxunub

InvestAZ