XƏBƏR LENTİ
11 May 2024
10 May 2024



Gərgin mübarizədə qalib müəyyənləşmədi
İdman 19:34 / 31.03.2024
Kişi həndbolçuların Azərbaycan çempionatında XVI tura start verilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turun ilk oyununda "Bakı” və "Qarabağ” komandaları üz-üzə gəlib. Maraqla gözlənilən açılış matçını beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Deleqat funksiyasını isə digər beynəlxalq dərəcəli hakim Vaqif Əliyev yerinə yetirib. Gərgin mübarizə şəraitində keçən yarışda qalib müəyyənləşməyib - 36:36.
2158 oxunub

InvestAZ