XƏBƏR LENTİ
12 May 2024
11 May 2024
10 May 2024



Cüdoçularımız “Böyük Dəbilqə” turnirini 2 gümüş medalla başa vurdular
İdman 19:01 / 31.03.2024

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə” turnirinə yekun vurulub. 93 ölkədən 628 (355 kişi, 273 qadın) cüdoçunun iştirak etdyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıb.

Komandamız turnirdə kişilərin mübarizəsində 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunub.

Üç gün davam edən yarışda cüdoçularımız 2 gümüş medala sahib çıxıblar.

Komandamıza medalları Rəşid Məmmədəliyev (73 kq) və Vüqar Talıbov (-90 kq) qazandırıb.


1715 oxunub

InvestAZ