XƏBƏR LENTİ
15 May 2024
14 May 2024
13 May 2024
12 May 2024



"Böyük Dəbilqə": Bu gün daha üç cüdoçumuz tatami üzərinə çıxacaq
İdman 10:44 / 30.03.2024

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. İkinci yarış günündə daha üç cüdoçumuz tatami üzərinə çıxacaq. 

Komandamıın üzvlərindən Vüsal Qələndərzadə 73 kq çəki dərəcəsində Keysey Nakano (Filippin) ilə qarşılaşacaq. Bu çəkidə gücünü sınayacaq Rəşid Məmmədəliyevin ilk rəqibi isə bolqarıstanlı Mark Xristovla olacaq. Çəkisi 81 kq olan idmançıların mübarizəsində tatami üzərinə çıxacaq Ömər Rəcəbli isə  Portuqaliya təmsilçisi Joao Fernando ilə qarşılaşacaq. 

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq. 



1950 oxunub

InvestAZ