XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



MOK-da Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
İdman 13:30 / 29.03.2024
Martın 29-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman növləri üzrə federasiyalar üçün sosial media və marketinq seminarı keçirilib. 

Seminarda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, MOK-un mətbuat katibi Murad Fərzəliyev, MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, DMS Azərbaycan şirkətinin icraçı direktoru Tahir Tahirli, sosial media və marketinq meneceri Əzizə Əhmədova və federasiya nümayəndələri iştirak ediblər. 

Seminarı giriş sözü ilə açan MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova tədbir iştirakçılarını salamlayaraq, federasiya nümayəndələri üçün təşkil olunan seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, bu seminar federasiyalar üçün olimpiada ərəfəsində çox faydalı olacaq. 

Sonra Paris-2024-lə bağlı promo çarx nümayiş olunub. 

Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva "MOK-un Paris-2024 Yay Olimpiya Oyunlarına dair strategiyası" barədə çıxış edib. O, həmçinin Paris-2024-ə dair qaydalar və tövsiyələr barədə də məlumat verib. 

DMS Azərbaycan şirkətinin nümayəndələri Tahir Tahirli və Əzizə Əhmədova "sosial media taktikaları" barədə danışıblar. 

Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev "MOK-un informasiya mübadiləsi üzrə strategiyası" barədə danışıb. Bildirilib ki, istənilən informasiyanın hazırlanması və yayımlanması böyük məsuliyyət tələb edir. Çünki bu gün verilən informasiya özünün mahiyyətinə, mövzusuna və faktların dürstlüyünə görə idman tarixi üçün böyük əhəmiyyətə malikdir. O, qeyd edib ki, MOK-un informasiya mübadiləsi üzrə strategiyasında sosial şəbəkə və KİV-lərlə yanaşı federasiyaların mətbuat xidmətləri ilə də qarşılıqlı və işgüzar əlaqələrin yaradılmasına xüsusi önəm verilir.

Seminar çıxışlardan sonra sual-cavab mərhələsi ilə davam edib.

1564 oxunub

InvestAZ