Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Abşeron” komandası "Milli Aviasiya Akademiyası” kollektivi ilə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyun "Abşeron” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.