XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Sabah Yüksək Liqada növbəti tura start veriləcək
İdman 21:40 / 25.03.2024
Martın 26-da qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlara start veriləcək.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkə çempionatında 18-ci turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq. 
Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən "Gəncə” klubunun bu dəfəki qonağı UNEC komandası olacaq. Oyun saat 15:00-da başlayacaq.
Turun digər qarşılaşmaları həmin gün Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Saat 15:00-da "Abşeron” klubu "Milli Aviasiya Akademiyası”nı, ardınca isə (18:00) "Murov Az Terminal” kollektivi "Azərreyl"i qəbul edəcək.


2035 oxunub

InvestAZ