XƏBƏR LENTİ
14 May 2024
13 May 2024
12 May 2024



Basketbol millimiz Gürcüstanda daha iki qələbə qazandı
İdman 13:28 / 24.03.2024

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-16 yığması daha iki yoxlama oyunu keçirib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, istinadən xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub etməyi bacarıb.

Azərbaycan (U-16) - "Rustavi" 78:55
Azərbaycan (U-16) - "Pachulia Academy" 68:61

Qeyd edək ki, yığmamız martın 25-də təlim-məşq toplanışını yekunlaşdıraraq Vətənə qayıdacaq.



2163 oxunub

InvestAZ