XƏBƏR LENTİ
28 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Gimnastlarımızın Portuqaliya sınağı
İdman 13:23 / 20.03.2024

Bu gün Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə "12-ci Cantanhede" beynəlxalq açıq turnirə start veriləcək.  

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında 10 gimnastımız mübarizə aparacaq.

Komandamızın heyətində  Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Xədicə Quliyeva yer alıb.

Beynəlxalq dərəcəli hakim Lalə Hüseynova isə ölkəmizi yarışda hakim qismində təmsil edəcək.

Turnirə martın 24-də yekun vurulacaq. 



1791 oxunub

InvestAZ