XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Ocağın Novruz bayramı” adlı bahar şənliyi keçirilib
İdman 12:33 / 20.03.2024

"Ocaq” sport klubunun təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Ocağın Novruz bayramı” adlı bahar şənliyi keçirilib.

Bakı Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə klubun idmançıları ölkəmizin adət-ənənələrini, mədəniyyətini tərənnüm edən çıxışlar göstəriblər.

Bahar bayramı personajları - Kosa, Keçəl və Bahar qızı şouya xüsusi rəng qatıblar. Onlar tamaşaçılara "Ocaq” sport klubunun fəaliyyəti haqqında maraqlı suallar verib, sualları düzgün cavablandıranlara xüsusi hədiyyələr təqdim ediblər.

Sonra klubun akrobatika gimnastları müxtəlif idman nömrələrində parlaq çıxışları ilə izləyiciləri sevindiriblər.

Şənlikdə Azərbaycanın milli rəqslərindən ibarət proqram da təqdim olunub. İdmançılar rəngarəng milli geyimlərdə "Arşın mal alan” mahnısının sədaları altında rəqsləri ilə tamaşaçıları heyrətləndiriblər.

Daha sonra musiqiçilərin Azərbaycan milli musiqi aləti nağara ilə ifaları izləyicilər tərəfindən coşqu ilə qarşılanıb.


1988 oxunub

InvestAZ