XƏBƏR LENTİ
28 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Stolüstü tennisçimiz Çinə yollanıb
İdman 13:01 / 20.03.2024
Stolüstü tennisçilərimizi qarşıda daha bir ciddi sınaq gözləyir. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seçmə komandamız may ayında Buxarestdə təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaq. İdmançılarımız məsul yarışa hazırlığı davam etdirirlər. Seçmə komandamızın üzvləri qitə birinciliyinədək bir neçə beynəlxalq turnirlə yanaşı təlim-məşq toplanışlarına da qatılacaqlar. Onlardan biri – Onur Quluzadə bu məqsədlə Çinə yollanıb. İstedadlı idmançı aprelin 1-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Çin millisinin Jenqdinq şəhərindəki təlim-məşq bazasında toplanışda olacaq. Qeyd edək ki, Onur Quluzadə, həmçinin komandamızın digər üzvləri bundan əvvəl də Çin Xalq Respublikasının məşhur stolüstü tennis bazalarında hazırlıq keçiblər.
1748 oxunub

InvestAZ