XƏBƏR LENTİ
28 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Sevgi naminə çox şeyi qurban verməli oldum”
İdman 13:55 / 19.03.2024

Kolumbiyalı müğənni Şakira keçmiş sevgilisi Jerar Pike ilə münasibəti zamanı nələri qurban verdiyini açıqlayıb. "Uzun müddət Pikenin futbol oynaya bilməsi, onun yanında olmaq üçün karyeramı dayandırdım. Mən sevgi naminə çox şeyi qurban verməli oldum”, - deyə "The Sunday Times” Şakiranın sözlərindən sitat gətirib.

Məlumat üçün bildirək ki, Pike və Şakira 11 illik evlilikdən sonra 2022-ci ilin yayında ayrılıblar. Qeyd olunub ki, ayrılığa səbəb futbolçunun xəyanəti olub. Cütlüyün Milan və Saşa adlı iki övladı var.

Pike karyerasını 2022-ci ilin sonunda "Barselona" ilə başa vurub. 37 yaşlı ispaniyalı həm də karyerası ərzində "Mançester Yunayted" və "Saraqosa"da çıxış edib.


1904 oxunub

InvestAZ