“Zenit” BTİC İB-in sərbəst güləşçiləri Azərbaycan birinciliyində uğurla çıxış ediblər
İdman 12:41 / 14.03.2024
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİC İB) sərbəst güləşçiləri U-15 Azərbaycan birinciliyində uğurla çıxış ediblər.
Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda "Zenit”in yeniyetmə pəhləvanları 8 medal qazanıblar. Belə ki, idman cəmiyyətinin yetirmələrindən Yağmur Məlikli (35 kq) vəGünel Kərimli (46 kq) birinci yerə layiq görülüblər. Rəna Nuriyeva (54 kq), Adəm Umudov (38 kq) və Rza Əhədli (85 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıblar. Gülay Xasməmmədova (35 kq), Nurxan İsmayılov (41 kq) və İslam Rəcəbov (57 kq) isə turniri bürünc medalla başa vurublar.
1854 oxunub