XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Askoli"yə "sehrbaz" gətirdilər
İdman 13:41 / 13.03.2024

Massimo Karrera İtaliya çempionatının ikinci divizionununda çıxış edən "Askoli" klubu ilə razılıq əldə edib. Müqavilənin müddəti barədə hələ ki, məlumat yayılmayı.

59 yaşlı Karreranın sonuncu iş yeri Rusiya "Spartak"ı olub. O, həmçinin "Yuventus"da və İtaliya millisində baş məşqçi Antonio Kontenin köməkçisi işləyib. İtaliyanın "Bari" və Yunanıstan AEK-nə rəhbərlik edib.

Qeyd edək ki, «Askoli» çıxış etdiyi divizionda 18-ci yerdədir. Turnirdə 20 komanda iştirak edir. Növbəti mərhələdə, martın 17-də Askoli 19-cu pillədə qərarlaşan «Feralpisalo»nu qəbul edəcək.


2123 oxunub

InvestAZ