XƏBƏR LENTİ
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



Stend atıcılığı üzrə Bakı Kuboku keçirilir
İdman 11:45 / 13.03.2024

Bu gün Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı Kuboku yarışına start verilib. 

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda qızlar, oğlanlar, qadınlar və kişilər arasında stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qaliblər müəyyənləşəcək. 

Yarışlarda Bakıda fəaliyyət göstərən idman cəmiyyətləri, klubları və məktəbləri iştirak edir.

Kubokun qarışıq komanda yarışları martın 14-də, fərdi yarışları isə 15-16-da keçiriləcək.


2750 oxunub

InvestAZ