XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“AGF Trophy”də iştirak edəcək gimnastlarımız müəyyənləşib
İdman 22:30 / 11.03.2024

Bakıda keçiriləcək "AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan idman gimnastları müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, parallel qollar), gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) təmsil edəcəklər.

Yarışın ilk iki günündə təsnifat, son günündə isə final mərhələsi keçiriləcək.

Turnirdə Azərbaycanla yanaşı, Kanada, İran, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan idmançıları qüvvələrini sınayacaqlar.

Böyüklər və gənclər arasında yarış Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Yarışda yeniyetmələr də öz qüvvələrini sınayacaqlar.


1997 oxunub

InvestAZ