XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Boksçumuz “Adriatik incisi” beynəlxalq turnirinin qalibi oldu
İdman 15:07 / 11.03.2024

Azərbaycan boksçusu Zidan Hümbətov Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi Dünya Kuboku statuslu "Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumat görə, 51 kq çəkidə mübarizə aparan idmançımız finalda rusiyalı Arseni Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.

Millimizin heyətində Bilalhəbəşi Nəzərov (48 kq) finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Rəqibinə 2:3 (28:29, 27:30, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub olan yığmamızın üzvü gümüş mükafatla kifayətlənib.

Qeyd edək ki, yarışda 22 ölkəni təmsil edən 245 boksçu mübarizə aparıb.


1937 oxunub

InvestAZ