XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



11-ci Vavel beynəlxalq turnirində uğurlu çıxış
İdman 10:15 / 11.03.2024
Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən 11-ci Vavel beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi milli komandanın məşqçiləri Adil Hüseyzadə və Rahib Əliyevin rəhbərliyi altında tamblinq üzrə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Abdullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Hadi Əliəkbər, Sənan Rzazadə, batut gimnastikası və ikili mini batut üzrə isə Fərhad Vəliyev təmsil ediblər.
Komandamızın heyətinə ilk medalı ikili mini batut üzrə çıxış edən gimnastımız Fərhad Vəliyev qazandırıb. İdmançımız bütün rəqiblərini üstələyərək çempion olub.
Tamblinq üzrə ölkəmizi təmsil edən gimnastlarımız Sənən Rzazadə, Aleksey Karataşov, Adil Hacızadə qızıl, Xətai Hümbətov və Mixail Malkingümüş, Bilal Qurbanov isə bürünc medala sahib çıxıb.
1593 oxunub

InvestAZ