XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Paytaxtımız Paris Olimpiadasına lisenziya xarakterli Dünya kubokuna ev sahibliyi etdi
İdman 01:10 / 11.03.2024

İdman gimnastları üçün böyük əhəmiyyət daşıyan Dünya kubokunun Bakı mərhələsinə yekun vurulub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, martın 7-dən 10-dək tamaşaçılar dünya gimnastika ulduzlarının bir-birindən maraqlı, həyəcanlı və peşəkar çıxışların şahidi olublar. Rekord sayda ölkə (67 ölkə) iştirakçılarının mübarizə apardığı yarış Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından yarışda rəqbət daha da güclü olub.
Kubokda ölkəmizi kişilər arasında 5, qadınlar arasında 1 idmançı təmsil edib. Bu günlərdə Almaniyanın Kottbus şəhərində qızıl medal qazanan komandamızın əsas medal ümidlərindən olan təcrübəli idmançımız Nikita Simonov təəssüf ki, doğma azarkeşlər önündə istədiyi nəticəyə nail ola bilməyib.
İdmançımız halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 9-cu pillədə başa vurub.
Komandamızın gənc üzvü, ötən ildən etibarən böyüklər arasında yarışlarda çıxış etməyə başlayan Nazənin Teymurova isə dayaqlı tullanmada 13-cü yerdə qərarlaşıb.
Paralel qollarda İvan Tixonov 17-ci pillədə yer alıb.Bu ildən etibarən böyüklər arasında çıxış etməyə başlayan millimizin üzvləri Rəsul Əhmədzadə, Mənsum Səfərov ayrı-ayrı hərəkətlər üzrə çıxışlarını təqdim ediblər. Təəssüf ki, təmsilçilərimiz həlledici mərhələyə vəsiqə qazana bilməyiblər.
Yarışda təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Kişilər arasında kuboka Azərbaycan milli komandasının idmançısı İvan Tixonov layiq görülüb.
Qadınların yarışında isə bu mükafata çinli Siu Du sahib çıxıb.



2603 oxunub

InvestAZ