XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Erməni idmançıya qalib gələn boksçumuz Olimpiya lisenziyasına bir qədər də yaxınlaşdı
İdman 18:06 / 10.03.2024

İtaliyanın Busto Arsizio şəhərində keçirilən boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Yarışda iştirak edən Azərbaycan boksçusu Nicat Hüseynov növbəti görüşünü keçirib. 51 kq çəki dərəcəsində qüvvəsini sınayan ikiqat Avropa çempionumuz bu mərhələdə ermənistanlı Rudolf Qarboyanla üz-üzə gəlib. 1/8 final mərhələsi çərçivəsində keçirilən qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə başa vuran N.Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.

Hazırda idmançımızı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi 1 addım ayırır. Ona Fransanın paytaxtında keçiriləcək Olimpiadaya vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.

Qeyd edək ki, Nicat Hüseynov Rudolf Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin noyabr ayında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.


2566 oxunub

InvestAZ