XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakıda keçirilən Dünya Kuboku başa çatdı
İdman 16:03 / 10.03.2024

Bakıda təşkil olunan idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

Yarışda 67 ölkədən 300-dək kişi və qadın gimnast mübarizə aparıb. Final mərhələsinin ikinci günündə kişilər arasında tirdə hərəkətlərdə medalçılar məlum olub. Litvalı Robert Tvoroqal qızıl, braziliyalı Artur Mariano gümüş, kolumbiyalı Angel Baraxas isə bürünc medallara layiq görülüblər.

Yarışda fərqlənən idmançılara "AGF Trophy” kuboku da təqdim edilib. Kişilər arasında bu kuboka Azərbaycan gimnastı İvan Tixonov layiq görülüb. Qadınların yarışında isə çinli Siu Duya mükafata sahib çıxıb.

Qeyd edək ki, Dünya Kubokunun dörd mərhələsinin yekununa əsasən, ilk iki yeri tutan idmançılar "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.


2298 oxunub

InvestAZ