XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“İdman həftəsi” çərçivəsində Bakıda idman paradı keçirilib
İdman 16:41 / 06.03.2024

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) təşkilatçılığı ilə idman paradı keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞGİİ-nin idman sektorunun müdiri Rəşad Əliyev tədbir iştirakçılarını 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışdan sonra parad açıq elan edilib. On iki rayonu təmsil edən gənclər paraddan keçiblər.

Tədbirin rəsmi hissəsindən sonra müxtəlif idman növlərində nümunəvi çıxışlar nümayiş etdirilib.

Daha sonra gənclərin iştirakı ilə fləşmob olub. Tədbir "Birkimibirlikdə” şüarının səsləndirilməsi və göyərçininn havaya buraxılması ilə başa çatıb.


1993 oxunub

InvestAZ