XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024
24 İyul 2024



Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi
İdman 14:14 / 05.03.2024

Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Bu barədə Teatr Xadimləri İttifaqının "Aktyor Evi”ndə təşkil olunan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı keçirilən konfransda yekdilliklə qərar qəbul olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilən Rasim Balayev çıxışında Şəfiqə Məmmədovanın namizədliyini geri götürəcəyini gözləmədiyini deyib və ona etimad göstərənlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Bakıda keçirilən tədbirdə hər iki kino ittifaqının birləşməsinə qərar verilib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.


4429 oxunub

InvestAZ