XƏBƏR LENTİ
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Cüdo hakimlərimiz “Böyük Dəbilqə” və Avropa Kubokunun ədalət təmsilçiləri arasında
İdman 14:04 / 05.03.2024

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə” turnirində ədalət təmsilçiləri arasında yer alıb. O, yarışda kişilər arasında -90 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşü idarə edib.

Bundan başqa həmçinin Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da ötən həftə sonu hakim qismində ölkəmizi beynəlxalq arenada təmsil edib. Xanım hakimimiz martın 2-3-də Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kuboku turnirində ədaləti qoruyub.


20926 oxunub

InvestAZ