XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



Çempionlar Liqasında cavab oyunlarına start verilir
İdman 11:41 / 05.03.2024

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. Cavab oyunları çərçivəsində ilk olaraq iki qarşılaşma təşkil olunacaq. Gecənin əsas oyunları Almaniyada və İspaniyada baş tutacaq.

Almaniya çempionu "Bavariya" öz meydanında İtaliyanın "Latsio" klubunu qəbul edəcək. Bu komandalar arasında Romada keçirilən ilk oyun "Latsio”nun minimal hesablı qələbəsi ilə başa çatmışdı -1:0.

Gecənin digər oyununda isə İspaniya təmsilçisi "Real Sosyedad” doğma meydanda Fransa çempionu PSJ-ni qəbul edəcək. İlk oyunda Parisdə 2:0 hesabı ilə məğlub olan ispanlar bu oyunda məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Günün hər iki oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


20327 oxunub

InvestAZ