XƏBƏR LENTİ
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



2024-cü ilin idman səfirləri müəyyənləşib
İdman 12:57 / 04.03.2024

Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən toplantıda 2024-cü il üçün "İdman səfirləri” seçilib.

Əvvəlcə namizədlərin təqdimatı olub. Hər bir namizəd özü və seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün "İdman səfiri” seçilib.

Bunlar taekvondoçu Fəridə Əzizova, bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, keçmiş cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucovdur.

Kollegiyada həmçinin Azərbaycan Avtomobil Federasiyasının təqdimatına baxılıb və Azər Qadir oğlu Abıyevə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adının verilməsi haqqında qərar qəbul edilib.



2549 oxunub

InvestAZ