XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



“Qarabağ” – “Bayer” oyununun biletləri satışa çıxarılıb
İdman 12:39 / 01.03.2024

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ” və "Bayer” komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.

Biletləri Iticket.az-ın satış məntəqələrindən, "Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.

Qeyd edək ki, "Qarabağ” "Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.


18889 oxunub

InvestAZ