XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024



Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin geniş iclası keçirilib
İdman 11:01 / 28.02.2024

Fevralın 27-də Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə heyətinin geniş iclası keçirilib.

Azərbaycan voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, klub rəhbərləri, məşqçilər, həkimlər, hakimlər və federasiyanın digər əməkdaşları iştirak ediblər.

Ş.Bağırov qonaqları salamlayıb, müzakirəyə çıxarılacaq məsələlər haqqında məlumat verib.

Tədbirdə Fərid Cəlalovun kişilərdən ibarət milli komandamızın baş məşqçisi təyin olunduğu açıqlanıb. Daha sonra F.Cəlalov yığmamızın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planını təqdim edib.

Sonra yeniyetmə və gənc qızlardan ibarət yığma komandalarımızın rəhbəri Şahin Çatma komandaların qarşıdakı yarışlara hazırlıq planlarını təqdim edib. Həmçinin yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandalarımıza yeni rəhbər təyin olunmuş Cahangir Seyed Abbasi təqdim olunub. İranlı mütəxəssis gənclərin seçimi və yarışlara hazırlıqla bağlı proqramı təqdim edib.

İclasda F.Qarayev və B.Quliyev çıxış edərək yeni təyinatlar və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.


3448 oxunub

InvestAZ