XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



İngiltərə klubu 20 yaşlı futbolçuya ikiqat qiymət verib
İdman 11:11 / 28.02.2024

"Mançester Yunayted" "Benfika" mərkəz müdafiəçisi Antonio Silva ilə maraqlanır. Sport Witness xəbər verir ki, "qırmızı şeytanlar” 20 yaşlı futbolçunu yay transfer pəncərəsində 100 milyon avro müqabilində heyət cəlb etməyi düşünürlər. Klub skautlarını Silva üçün uzun müddətdir ki, «Benfika»nın matçlarına ezma ediblər.

Məlumat üçün bildirək ki, Silva 2016-cı ildən "Benfika"nın heyətində çıxış edir. O "qartallar"ın heyətində bütün turnirlərdə 30 oyun keçirib və iki qol vurub. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 45 milyon avrodur.


4389 oxunub

InvestAZ