XƏBƏR LENTİ
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



Cüdoçularımız Varşavadan 2 medalla qayıdırlar
İdman 13:48 / 26.02.2024

Fevralın 24-25-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Açıq Avropa turniri keçirilib.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən turnirdə 37 ölkədən 458 (295 kişi, 163 qadın) idmançı qüvvəsini sınayıb. Azərbaycan yarışda kişilər arasında 7 çəki dərəsində 10 cüdoçu ilə təmsil olunub. Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edib.

Komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Yığmamıza qızıl medalı -81 kq çəki dərəcəsində tatami üzərinə çıxan Məhərrəm İmamverdiyev qazandırıb. Kənan Nəsibov isə +100 kq çəki dərəcəsində bürünc medala yiyələnib.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alıb.



3834 oxunub

InvestAZ