XƏBƏR LENTİ
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



Triatlon yarışının qalibləri mükafatlandırılıblar
İdman 10:12 / 26.02.2024

Azərbaycan Triatlon Federasiyası (ATF) və Triterra Baku triatlon klubunun təşkilatçılığı ilə Su İdman Sarayında "İronwind Qış Aquatlon” yarışı keçirilib.

Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk olaraq aşağı yaş qrupları güclərini sınayıblar. Turnirdə həmçinin 18 yaşdan yuxarı iştirakçılar 1 500 m üzüb, 10 km qaçıblar.

Yarışda 24-ü uşaq olmaqla, ümumilikdə 70 idmançı iştirak edib.

Qaliblər medal və sertifikatlarla təltif olunublar. Mükafatları qaliblərə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, baş katibi Seymur Hüseynov, Triterra Baku triatlon klubunun təsisçisi və federasiyanın vitse-prezidenti Rüfət Həsənov, klubun baş məşqçisi Aleksandr Mordasov və Su idman Sarayının direktoru Zaur Yaqubov təqdim ediblər.


2855 oxunub

InvestAZ