XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Olimpiya mükafatçısı UFC-yə gəldi
İdman 21:23 / 05.12.2023
Taekvondo üzrə Olimpiya Oyunlarının bürünc mükafatçısı, ağır çəkili Robelis Despanye (4:0) Miles Benks üzərində nokautla qalib gələrək (3-1) UFC ilə müqavilə imzalayıb. Dekabrın 3-də ABŞ-ın Hyuston şəhərində baş tutan Fury FC 84 turnirində döyüş bir neçə saniyə ərzində başa çatıb. Döyüşdən sonra rinq diktoru Despanyerin UFC ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.
Qeyd edək ki, Despanye taekvondo üzrə London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O Katum Mulumbanı texniki nokautla məğlub edərək (0:1), MMA-da debüt edib. Ötən il Travis Qreqoireni (0:1) cəmi 12 saniyəyə mübarizədən kənarlaşdırmışdı. Bu il35 yaşlı Despanier daha iki döyüş keçirib, hər iki döyüşdə o, vaxtından əvvəl qələbə qazanıb.

19546 oxunub

InvestAZ