SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Üzgüçülük təlimçiləri və məşqçilərin sertifikasiyasına start verilir

Üzgüçülük təlimçiləri və məşqçilərin sertifikasiyasına start verilir 

İdman

Bugün, 21:00

Uşaqların sağlamlıqlarının qorunması, daha təhlükəsiz və perspektivli şəraitdə məşq etmələri və vahid beynəlxalq standartlara əsasən üzməyi öyrənmələri məqsədilə Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Azərbaycan Üzgüçülük Federasiyası (ASF) təlimçilərin və məşqçilərin sertifikasiyasına start verir.

Belə ki, Avropa Üzgüçülük Federasiyası (EA) tərəfindən tanınan ASF-nin yeni sisteminə əsasən, məşqçi kimi fəaliyyət göstərmək üçün hər bir üzgüçülük təlimçisi 4 pilləli sertifikasiyadan keçməlidir. Azərbaycanda 2027-ci ildən etibarən yalnız ən azı ilk 2 mərhələni uğurla başa vurmuş məşqçilər ASF tərəfindən rəsmən tanınaraq, klublara və valideynlərə məşqçi olaraq tövsiyə olunacaq.

Dörd mərhələdən ibarət sertifikasiyanın birinci mərhələsi üzrə imtahanı uğurla başa vurmuş hər kəs “üzməyin öyrədilməsi üzrə təlimçi” statusuna yiyələnəcək, növbəti mərhələlər isə birbaşa məşqçiliyə aid olacaq. “Üzməyin öyrədilməsi üzrə təlimçi” kursu 1-4 dekabr aralığında Bakı Su İdmanı Sarayında təşkil olunacaq. Bu kursda yalnız hazırda məşqçi kimi fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər. 

Kurs idman elmləri üzrə fəlsəfə doktoru, Lyublyana Universitetinin dosenti və Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti Boro Ştrumbel tərəfindən aparılacaq.

Kursun dəyəri 160 AZN təşkil etsə də, noyabr təlimi ÖDƏNİŞSİZDİR, lakin növbəti kurslarda iştirakın ödənişli olmlası nəzərdə tutulur. Kursun sonunda imtahan keçiriləcək və imtahandan uğurla keçmiş iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq. 

Birbaşa imtahanda iştirak da mümkündür, amma uğursuz nəticənin olduğu təqdirdə yeni imtahan üçün məşqçi növbəti kursu gözləməli və ödənişli əsasla təlimə yazılmalı olacaq. 

Yaxın zamanda ASF tərəfindən üzgüçülərin qeydiyyatının və klubların lisenziyalaşdırılmasnın başlanması da planlaşdırılır.

İştirak üçün iş yerini təsdiq edən arayışın təqdim edilməsi ilə aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək zəruridir:

Dİgər xəbərlər