SON XƏBƏRLƏR
-
Bugün, 01:42
Gündəm“Olimpiya dünyası” təkcə qəzet deyil, Azərbaycan idman tarixinin yaddaşıdır
-
Bugün, 00:08
Gündəm“Olimpiya dünyası” qəzetinin 25 yaşı tamam olur
-
26.11.2026, 22:31
İdmanTərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib
-
26.11.2026, 18:37
İdmanAzərbaycan Güləş Federasiyasında veteran güləşçilərlə görüş olub
-
26.11.2026, 17:29
İdmanStolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib
-
26.11.2026, 13:18
İdmanAZƏRBAYCAN GÜLƏŞİNİN SALNAMƏSİ (1850–2026) ADLI FUNDAMENTAL ELMİ-TƏDQİQAT ƏSƏRİ HAZIRLANIR
-
25.11.2026, 23:37
İdmanÇempionlar Liqası: "Sabah" Bakıda "Barselona"ya məğlub oldu
-
25.11.2026, 21:38
İdmanİdman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib
-
25.11.2026, 16:15
MədəniyyətÖMÜR DƏ BİR DASTANDIR HƏR KƏS BACARA BİLDİYİNİ YAZIR
-
25.11.2026, 11:25
İdmanBakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
-
25.11.2026, 10:04
İdmanÇempionlar Lİqası: "Sabah" Bakıda "Barselona"nı qəbul edəcək
-
24.11.2026, 18:53
MOKBoksçumuz Avropa çempionu oldu
-
24.11.2026, 18:04
İdmanBoksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu olub
-
24.11.2026, 11:19
İdmanAzərbaycan Cüdo Federasiyası “Cüdo bizə yad deyil!” imic filmini təqdim edib
-
23.11.2026, 22:42
İdmanFərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsində iştirak edib
-
23.11.2026, 14:58
MədəniyyətNicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
-
23.11.2026, 11:22
İdmanQədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
-
23.11.2026, 11:01
İdmanAzərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
21.11.2026, 20:27
İdmanAzərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
-
21.11.2026, 20:18
İdmanİlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
20.11.2026, 14:46
İdmanAzərbaycanın güləş millisi Gürcüstanda çempion olub
-
20.11.2026, 13:09
İdmanParataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
-
20.11.2026, 12:39
İdmanJurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
-
20.11.2026, 12:11
İdmanPrezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
-
20.11.2026, 11:21
İdmanU-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
-
19.11.2026, 22:54
İdmanBakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
-
19.11.2026, 18:32
İdmanAzərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
-
19.11.2026, 18:10
İdmanYenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
-
17.11.2026, 09:34
GündəmBu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
-
17.11.2026, 08:27
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
-
17.11.2026, 00:37
GündəmPrezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
-
15.11.2026, 04:48
İdmanElnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
-
15.11.2026, 04:40
Olimpiya oyunlarıAdil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
-
15.11.2026, 04:32
Olimpiya oyunlarıGülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
“Olimpiya dünyası” təkcə qəzet deyil, Azərbaycan idman tarixinin yaddaşıdır
Gündəm
Bugün, 01:42
Hər bir mətbu orqanın yaranma tarixində müəyyən bir zərurət, ictimai ehtiyac və tarixi səbəb dayanır. “Olimpiya dünyası” qəzetinin meydana gəlməsi də təsadüfi hadisə deyildi. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılması ölkəmizin idman tarixində yeni bir səhifə açdı. Məhz bu tarixi proseslərin davamı olaraq “Olimpiya dünyası” qəzetinin nəşrə başlaması milli Olimpiya ideallarının, idman dəyərlərinin, idmançılarımızın uğurlarının və qələbələrinin geniş oxucu auditoriyasına çatdırılması baxımından mühüm hadisəyə çevrildi. Bu qəzet Azərbaycanın müstəqillik tarixinin, milli idmanımızın inkişafının və ölkəmizin beynəlxalq Olimpiya Hərəkatına inteqrasiyasının mühüm bir mərhələsində öz sözünü deməyə başladı. Qəzetin ilk addımları heç də asan olmadı. Həmin dövrün çətinlikləri, mətbuatın qarşısında duran problemlər və yeni bir nəşrin formalaşdırılması böyük məsuliyyət, zəhmət və fədakarlıq tələb edirdi. Belə bir şəraitdə qəzetin baş redaktoru vəzifəsinə Əməkdar jurnalist Murad Fərzəliyevin təyin olunması, əslində, gələcək uğurların təməlini qoyan mühüm qərarlardan biri idi.
Murad müəllim ilk gündən bu məsuliyyətli işin ağırlığını öz üzərinə götürdü. Onun peşəkarlığı, jurnalistikaya sədaqəti, zəhmətkeşliyi və prinsipial mövqeyi sayəsində “Olimpiya dünyası” qısa müddətdə özünəməxsus simasını formalaşdırdı. O, təkcə bir qəzetə rəhbərlik etmədi, həm də Azərbaycanda idman jurnalistikasının inkişafına öz töhfəsini verdi.
Xüsusilə qeyd etmək lazımdır ki, Olimpiya Oyunlarından, dünya və Avropa çempionatlarından, digər mötəbər beynəlxalq yarışlardan gələn xəbərlərin, nəticələrin Azərbaycan oxucusuna çatdırılmasında Murad Fərzəliyevin imzasının özünəməxsus yeri olub. İdmansevərlər üçün bu imza həm operativliyin, həm də etibarlı informasiyanın göstəricisinə çevrilmişdi.
“Olimpiya dünyası” mənim də yaradıcılıq yolumun da bir parçasıdır
Mənim üçün “Olimpiya dünyası” qəzetinin yubileyi yalnız bir mətbu orqanın əlamətdar tarixi deyil. Bu yubiley həm də şəxsi yaradıcılıq həyatımda xüsusi yeri olan bir nəşrə ehtiram və minnətdarlıq ifadəsidir.
İllər ərzində yazdığım əsərlərdə, araşdırmalarda və publisistik yazılarda “Olimpiya dünyası” qəzetinin materiallarına etibarlı mənbə kimi dəfələrlə müraciət etmişəm. Bu nəşrin səhifələrində dərc olunan yazılar, xəbərlər, müsahibələr və tarixi faktlar mənim üçün mühüm informasiya mənbəyi olub. Çünki qəzet yalnız gündəlik idman hadisələrini işıqlandırmayıb, eyni zamanda Azərbaycanın idman tarixini yaşadan, qoruyan və gələcək nəsillərə çatdıran bir salnamə rolunu oynayıb.
Qürurla qeyd etmək istəyirəm ki, mənim də 100-ə yaxın məqaləm bu qəzetin səhifələrində işıq üzü görüb. Bu, mənim üçün sadəcə statistik göstərici deyil. Bu, illərin əməkdaşlığı, yaradıcılıq münasibətləri, qarşılıqlı etimad və doğma mətbu ocağa bağlılığın ifadəsidir.
Hər bir müəllif üçün yazısının oxucuya çatması, fikirlərinin ictimaiyyət tərəfindən qəbul olunması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan “Olimpiya dünyası” qəzetinin mənim yaradıcılıq fəaliyyətimdəki yeri danılmazdır. Qəzetin səhifələrində çap edilən hər bir yazım mənim üçün həm məsuliyyət, həm də yaradıcılıq sevincidir.
Bu illər ərzində qəzetin kollektivinin əməyini, müəlliflərə göstərdiyi diqqəti və idman mətbuatına verdiyi töhfələri yaxından müşahidə etmişəm. Yazılı mətbuatın yaşaması, inkişaf etməsi və öz nüfuzunu qoruyub saxlaması, ilk növbədə, onun arxasında dayanan insanların zəhmətindən asılıdır.
Əziz “Olimpiya dünyası” qəzetinin kollektivi!
25 illik yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm!
İlk növbədə, qəzetin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevə uzun illər ərzində göstərdiyi fədakarlığa, peşəkarlığa və Azərbaycan idman jurnalistikasına verdiyi töhfələrə görə xüsusi minnətdarlığımı bildirirəm.
Eyni zamanda qəzetin bu günkü fəaliyyətində əməyi olan yaradıcı kollektivə səmimi təbriklərimi çatdırıram. Hər birinizin zəhməti, məsuliyyəti və bu mətbu orqana bağlılığı qəzetin yaşamasında, inkişafında özünəməxsus rol oynayır.
Arzu edirəm ki, “Olimpiya dünyası” bundan sonra da Azərbaycan idmanının uğurlarını, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları qələbələri, Olimpiya Hərəkatının nəcib ideallarını işıqlandırmaqda davam etsin. Qəzetin səhifələrində hələ neçə-neçə tarixi qələbələr, unudulmaz idman hadisələri və böyük nailiyyətlər öz əksini tapsın.
Mətbuat tarixində uzunömürlülük qazanmaq asan deyil. Bunun üçün peşəkarlıq, prinsipiallıq, sədaqət və ən əsası, oxucuya hörmət lazımdır. “Olimpiya dünyası”nın keçdiyi yol bu dəyərlərin nə qədər vacib olduğunu bir daha təsdiqləyir.
İnanıram ki, bu qəzet gələcəkdə də öz ənənələrinə sadiq qalacaq, Azərbaycan idmanının dünəni ilə sabahı arasında möhkəm bir körpü olacaq.
Dilqəm Quliyev,
“İdmançı” qəzetin baş redaktoru