SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

İdman

Bugün, 14:46

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Milli üzvü təsəlliverici görüşdə italiyalı Leonardo Valerianini üstələyib.

R.Məmmədəliyev üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşacaq.

Medal görüşləri bu gün, saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu gün mübarizə aparan Hidayət Heydərov (-73 kq) və Xədicə Qədəşova (-57 kq) isə mübarizəni erkən dayandırıb. Milli Gimnastika Arenasında təşkil olunan çempionat oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Dİgər xəbərlər