SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı

Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı 

İdman

Bugün, 14:58

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Olimpiyadunyasi.com xəbər verir ki, -48 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda rusiyalı Sabina Giliazovaya uduzub.

K.Əliyeva 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub etmişdi.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (-60 kq) və Şəfəq Həmidova (-48 kq) da mübarizəni dayandırmışdı.

Mübarizəyə 1/16 finaldan başlayan Balabəy Ağayev ilk görüşdə Ukrayna təmsilçisi Dilşot Xalmatova qalib gəlsə də, 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olaraq çempionatla erkən vidalaşıb. 

-48 kq-da yarışan Şəfəq Həmidova isə 1/32 finalda madaqaskarlı cüdoçu Nataşa Razafindrakaloya uduzub.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edir. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

Dİgər xəbərlər