SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında

Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında

İdman

Bugün, 15:53

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.  

Olimpiyadunyasi.com xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. Əhməd Yusifov ardıcıl olaraq Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. 

Cüdoçumuz dünya çempionluğu uğrunda finalda Qazaxıstan təmsilçisi Şerzod Davlatovla qarşılaşacaq.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında final bloku saat 18:00-dan etibarən start götürəcək.

Dİgər xəbərlər