SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib

\"Formula 1\" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib

İdman

Bugün, 12:10

"Formula 1" üzrə 10-cu Azərbaycan Qran-prisini izləmək üçün Bakıya 120-dən çox ölkədən azarkeş gəlib.

Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu il 17 mindən çox xarici azarkeş yarışı tribunalardan izləyib. Bu, "Formula 1"in Bakıda keçirildiyi müddətdə qeydə alınan ən yüksək göstəricidir.

Qran-pri üçün satışa çıxarılan bütün biletlər satılıb. Dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.

Dİgər xəbərlər