SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

İdman

Bugün, 10:06

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məıumat verilib. Səfər çərçivəsində Timur Turlov Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovla görüşüb. 

Görüşdə Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi, FIDE və AŞF arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Görüşün sonunda AŞF rəhbəri Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.

Xatırladaq ki, ötən ay Timur Turlov FIDE-nin yeni prezidenti, Mahir Məmmədov isə üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

Dİgər xəbərlər