SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Çempionlar Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı

Çempionlar Liqası: \"Sabah\" növbəti mərhələyə vəsiqə qazandı 

İdman

28.07.2026, 21:10

Azərbaycan təmsilçisi "Sabah" futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb. 

Olimpiyadunyasi.com xəbər verir ki, komandamız Finlandiyada "KuPS"un qonağı olub. Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda komandamız qələbə qazanıb -0:2. Komandamızın heyətində Velko Simiç (53) və Coy-Lens Mikels (70) fərqlənib. 

Bu nəticədən sonra "Sabah" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Bakı təmsilçisi bu mərhələdə "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanmışdı.

Dİgər xəbərlər